Bu türk qız gözəl olmadığı üçün tənqid edildi - fotolar

Bu türk qız gözəl olmadığı üçün tənqid edildi - fotolar
4854 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərədə yaşayan türk model Ecem Uzgör avqustun 26-da Almaniyanın Bremen şəhərində keçirilən "Top Model of the World"də Türkiyəni təmsil etməsi ilə medianın gündəminə düşüb.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, Ecemin "Türkiyə gözəli" adıyla çıxış etməsi mübahisələrə səbəb olub.

Türklər Ecemin gözəl olmadığını, onun bu adı necə qazandığına şübhə etdiklərini yazıblar. Digərləri onu müdafiə etsə də, bu, söz-söhbətin yayılmasının qarşısını almayıb. Əslində isə E.Uzgör gözəllik yarışmasının deyil, modellik yarışmalarının qalibi və iştirakçısıdır. Eyni zamanda səhnə performansı yüksək səviyyədə olan 25 yaşlı qız  "London Fashion Week", "Pakistan Fashion Week", "Essex Fashion Week", "Harrods Catwalk Show" kimi bir çox dəfilədə podiuma çıxıb.