Bu gün Azərbaycanda dərs ilinin ilk günüdür.
Axşam.az-ın məlumatına görə, birinci sinfə gedənlər arasında sənət aləminin tanınmış simalarının ailə üzvləri də olub.
Əməkdar artist
Mətanət İsgəndərlinin nəvəsi Tuncay bu il birinci sinfə yollanıb.
Şair
Baba Vəziroğlunun övladı Kamal da birinci sinfə gedənlər arasındadır. Kamal M.İsgəndərlinin nəvəsi ilə eyni sinfdə oxuyacaq. Onlar 6 nömrəli məktəbdə təhsil alacaqlar.

Aparıcı-aktyor
İlkin Həsənin bacısı qızı Nigar bu il birinci sinfə gedənlər sırasındadır.

Reper
Qurdun oğlu bu il ilk dəfə məktəbə gedir.

Aparıcı
Sima Çələbinin qızı Şeyla birinci sinfə gedənlərdəndir.

Müğənni
Elçin Hüseynovun qızı Raya birinci sinfə getmək həyəcanı yaşayan şagirdlərdəndir.

Aktrisa
Aysel Nazimin oğlu Hakan Efenin də bu gün ilk dərs günüdür.

Müğənni
Zenfira İbrahimovanın övladı İbo birinci sinfə gedir.

Aparıcı
Arzu Umutun oğlu da bu il birinci sinfə gedənlər sırasındadır.
Aktyor
Rəşad Kəsəmənlinin qızı Zəhra birinci sinfə yollanıb.