Fatimə təqdimat etdi - fotolar

Fatimə təqdimat etdi - fotolar
7033 dəfə oxunub
  • A-
  • A
  • A+

Rəqqasə Fatimə Fətəliyeva Üzeyir Hacıbəyovun “Cəngi” mahnısına çəkdirdiyi klipinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Nail Naiboğludur.

Rəşid Behbudov adına Mahnı Teatrında baş tutan gecənin aparıcısı Tahirə Məmmədqızı olub.

Səhnəyə çıxan F.Fətəliyeva ekran işinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib. Həyəcanlı olduğunu deyən sənətçi, bundan sonra da maraqlı layihələr təqdim edəcəyini söyləyib.

Anasından bəhs edən rəqqasə “Klip çəkilişimiz gecə saatlarına qədər davam etdi. Anam hələ də gecə saat 11 olan kimi mənə zəng vurur ki, hardasan? Hər dəfə konsertimdə səhnədən enib, anamı öpürəm” deyə, bildirib.

Daha sonra F.Fətəliyeva qonaqlar üçün hazırladığı sürprizini təqdim edib. Sənətçi 2 ildir küsülü olduğu həmkarı İlham Kərimli ilə səhnəyə çıxaraq Üzeyir Hacıbəyovun “Sənsizlik” mahnısına hazırladığı rəqsi nümayiş etdirib.

Gecənin qonaqları arasında Arif Qazıyev, Məleykə Əsədova, Günay İbrahimli, Roza Zərgərli, Samira Allahverdi də yer alıb.

Foto: Ramin ASLANOV