"O, mənə həm sevgili, həm də dostdur" - Günay+fotolar

"O, mənə həm sevgili, həm də dostdur" -  Günay+fotolar
10622 dəfə oxunub
  • A-
  • A
  • A+
“Həyatımda sevdiyim biri var. Onu həddindən artıq çox sevirəm. Əsl mənim xəyalımdakı insandır”.

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Günay İbrahimli deyib.

Son günlər şəxsi həyatı ilə gündəmə gələn sənətçi hələ toy haqqında düşünmədiklərini bildirib:

“Onunla çox xoşbəxtəm. Nə yaxşı ki, həyatımda var. O, mənə həm sevgili, həm də dostdur.

Münasibətdə rəsmiliyə önəm verənəm. Amma hələ ki, toy planımız yoxdur. Mənə heç vaxt sənətimlə bağlı qadağalar qoymayıb. Amma istəsə, ona görə sənəti ataram.

Mənim üçün sevgidə diqqət, qayğı, hörmət, düzgünlük önəmlidir. Onu da yaşayıram”.

Foto: Ramin ASLANOV