İllərdir ideal bədən quruluşunu qoruyub saxlaya bilən model və aparıcı İvana Sert bunun sirrini açıqlayıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, güncə 5 fincan türk qəhvəsi içdiyini deyən İvana bununla həm formada qaldığını, həm də qüsursuz bir dəriyə sahib olduğunu bildirib:
"Bu, bədəndəki yağlayın yandırılmasına kömək olur".
Selülitə səbəb olduğu üçün içilməməsi məsləhət görülən qəhvənin İvananı gözəlləşdirməsi sosial mediada müzakirələrə səbəb olub. İnsanlar indiyə kimi dietoloqların onları aldatdığını deyiblər.
İ.Sert hazırda oğlu Ateşlə birgə istirahətdədir. Bütün günü əylənən İvana İnstaqramda cəsur paylaşımları ilə də diqqət çəkir.