"2 gün yuxusuz qaldım" - fotolar

"2 gün yuxusuz qaldım" -  fotolar
3381 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Əbdül Xalid “Gecədən sübhədək” adlı mahnısına klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, bəstənin müəllifi Asif Kərimovdur:

“Bu mahnını 23 il bundan əvvəl əməkdar artist Mətanət İsgəndərli ifa edib və öz möhürünü vurub. Dinləyicilərin eşitdiyi bir mahnını oxumağı hər adam risk etmir. Amma mən bu məsuliyyətli işi öz üzərimə götürməkdən çəkinmədim. Asif Kərimovdan və Mətanət xanımdan xeyir-dua almışam. Bəstəni Bəbir Bəbirli yenidən aranjiman edib. Klipin ideya müəllifi Samir Bayramlı, rejissoru Tural Yusiflidir. Ssenariyə uyğun olaraq çəkilişlərimizi doğulub boya-başa çatdığım Tovuz rayonunda etdik. Komanda olaraq 2 gün yuxusuz qaldıq. İnanıram ki, əziyyətimiz hədər getməyəcək və klipimiz bəyəniləcək”.