Müğənni İntizar bu il ikinci dəfə hacı olub.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Kəbədən fotolarını paylaşan ifaçı yazıb:
"...Bu iş sevgi işidir. Aşiq olmayan bura gələ bilməz. Biz aşiq olduq, özümüzdən vaz keçdik. Məndən yaşımı soruşmayın, burada yenidən doğuldum. Gənclərimiz gəlsinlər, burada evlənsinlər. Sevgilərini ilahi şəkildə müqəddəsləşdirsinlər".