Bakıda “Ağ bığlılar”ın premyerası olacaq

Bakıda “Ağ bığlılar”ın premyerası olacaq
288 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 8-də Azərbaycan Dövlət Pantomima Teatrında Nurlan Rüstəmovun müəllifi olduğu “Ağ bığlılar” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın premyerası keçiriləcək.

Teatrdan Axşam.az-a bildirilib ki, səhnə əsəri iki süpürgəçinin iş prosesində başlarına gələn komik və kədərli əhvalatlardan bəhs edir.

Tamaşada, həmçinin süpürgəçilərin düşdükləri çıxılmaz situasiyalardan, özünəməxsus davranışlarından, hadisəyə verdikləri reaksiyalardan və möhkəm dostluq tellərindən danışılır.

Əməkdar Artist Bəhruz Əhmədlinin quruluşunda təqdim olunacaq səhnə əsərinin musiqi tərtibatçısı Nurlan Rüstəmovdur.

Tamaşada rolları əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Solmaz Bədəlova, Rafael Şahbəyli və Elmin Qiyaslı canlandıracaqlar.