Küsülü olan müğənni Günay İbrahimli və stilist Elnur Həsənov film təqdimatında yan-yana gəlib.
Axşam.az-ın məlumatına görə, tanınmışlar eyni sırada əyləşməli olublar.
Qeyd edək ki, G.İbrahimli açıqlamasında Elnuru məsuliyyətsiz adlandırmış, onunla heç vaxt barışmayacağını demişdi.
Elnur isə “Duz-çörək kəsmişik. Bu söhbəti bağladım, mənim üçün önəmli deyil. Bizim bir-birimizdən asılılığımız yoxdur. Günay məni "məsuliyyətsiz" adlandırdı. Məni hamı yaxşı tanıyır, işimə də bələddirlər” cavabını verib.