Azərbaycanlı aparıcı şirkətini təqdim etdi - fotolar

Azərbaycanlı aparıcı şirkətini təqdim etdi -  fotolar
6108 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamran Quliyev sahibi olduğu “KA media group” şirkətinə təqdimat edib.

Axşam.az-ın məlumatına görə, iki hissədən ibarət olan gecədə ilk olaraq aparıcı səhnəyə çıxaraq yeni işindən danışıb:

“Çoxdandır planlaşdırdığım təqdimat mərasimi baş tutdu. Bu gün şirkətin loqosu, saytı, İnstaqram, Facebook səhifəsi, “Youtube” kanalı da istifadəyə verilib. Burada gördüyümüz və görəcəyimiz işlər yer alacaq. İnsanların həyatlarında yaşayacağı bütün özəl günlərin, korporotiv tədbirlərin təşkili, reklam çəkilişləri, konsertlər, telelayihələr şirkətin fəaliyyəti çərçivəsində yer alacaq. Çoxları "KA media" sözünü yumor mənasında başa düşür. "K" Kamran, "A" isə Ayxan deməkdir. Ayxan şirkətimizin icraçı direktorudur. Fəaliyyətə gec başlamağımızın səbəbi peşəkar komanda toplamağımızdır.

Neçə gündür qonaqlara göndərdiyimiz video dəvətnamələr hamının marağına səbəb oldu. Hətta bir çox insan mənə zəng vurub, pul təklif etdi ki, belə bir dəvətnamə onun adına da hazırlayaq. Bu isə bizim özəl qonaqlarımız üçün nəzərdə tutulmuşdu. Bizə həvalə olunacaq tədbirlərin təşkili də dəvətnamələrimiz qədər kreativ olacaq”.

“Holiday inn Baku” otelində baş tutan məclisə qatılanlar arasında idmançılar, sənət aləminin tanınmış simaları, ziyalılar yer alıb.

Foto: Ramin ASLANOV