Aktyor Tolqa Karelin Mayamidə tanış olub evləndiyi Sarah Skotto ana olacaq.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sarahın ailəsi ABŞ-da olduğu üçün orada yaşamağa qərar verən cütlük doğulacaq qızlarına Mia adını verəcəklər.
Daha əvvəl azərbaycanlı model Günay Musayeva ilə evli olan Tolqa ondan olan oğlu Cahangir haqda da açıqlama verib:
"Boşanma qərarı nəticəsində üzərimə düşən vəzifələri yerinə yetirirəm. Alimentimi ödəyirəm. 4 yaş yarımlıq bir oğlum var və məni pis tanımasını istəmərəm".
Qeyd edək ki, G.Musayeva keçmiş ərinin oğlu ilə maraqlanmadığını, məhkəmənin verdiyi təzminat qərarının çox az olduğunu bildirmişdi.