Rəqsanənin istəyilə saçlarını kəsdirdi

Rəqsanənin istəyilə saçlarını kəsdirdi
5551 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Zöhrab Agayev illərdir uzatdığı saçlarını kəsdirib.

O, Axşam.az saytına açıqlamasında bunu müğənni Rəqsanənin istəyilə etdiyini deyib:

“Rəqsanə xanım dedi ki, uzun saç sənə heç yaraşmır. İndiyədək bunu mənə çox insan demişdi. Amma heç kimə əhəmiyyət vermirdim. Rəqsanənin xətrini çox istədiyimə görə bir sözünü iki etmirəm. Ona görə də saçımı kəsdirdim. Mənlə bərabər fotomodel dostum, əməkdar artist Naina İbrahimova da saç düzümünü dəyişib. Qərara gəldik ki, hər ikimiz yeni imiclə fotosessiya etdirək. Bu fotoları isə özəl olaraq sizin portalınızda yayımlayırıq”.

Zöhrab Ağayev dünya səviyyəsində bir layihə hazırladığını da deyib:

“Glamour house” adlı maraqlı realiti şou hazırlayıram. Hələ dünyada belə bir veriliş olmayıb. Burada on stilist yarışacaq. Qalibə üzəri brilyant qaşlarla bəzədilmiş qızıl qayçı hədiyyə edəcəyəm”.

Zöhrab rejissorluğunu Naina İbrahimovanın, prodüserliyini isə özünün etdiyi Maykl Ceksonla bağlı  filmin yaxın günlərdə başa çatacağını və dünyada nümayiş olunacağını bildirib. Film üçün 70 min manat xərclənib.

Foto: Müjgan Mirzəyeva