"Xəzər 10 canımızı aldı"

"Xəzər 10 canımızı aldı"
7618 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, bu gün Xəzər dənizində 10 neftçi itkin düşüb.

Axşam.az-ın məlumatına görə, sənət aləminin tanınmış simaları sosial şəbəkədə paylaşım edərək, dünyasını dəyişən neftçinin ailəsinə başsağlığı, itkin düşənlərin yaxınlarına isə səbr diləyib:

Elton Hüseynəliyev foto paylaşaraq "Çox üzücü və sarsıdıcı xəbər. Allah ölənlərin ailələrinə səbr versin, itkin düşənlərin isə tez bir zamanda tapılmalarına dua edirəm Bu dünyada hər şey fanidir, ədəbi olan Allahdır. O insanların yerində biz də ola bilərdik. Hər günümüzə şükür etməliyik” şərhini yazıb.

Rahidə Baxışova isə “Xəzər 10 canımızı aldı. Dualarımız sizinlədir” deyə, qeyd edib.

Sevil və Sevinc bacıları isə “Bu xəbəri paylaşmaq o qədər üzücüdür ki... Bir ailə üçün nə qədər ağır itki, axı xəbərdir. Allah heç bir valideynəı, övlada, anaya, atanya bu xəbəri yaşatmasın. Allah köməkləri olsun” sözlərini yazıb.

Vüsalə Əlizadə isə “Küləklər şəhəri Bakı.... Dünyanın ən böyük gölü Xəzər... Yenə 10 ailə başçısı küləyin qurbanı oldu, Xəzərdəki “vəhşi” balıqlara yem oldu. 10 ailə, ana, bacı, qardaş, gəlin gözü yolda qaldı. Ötən il dekabrın 5-də gedənləri hələ də gözləyən ailələr var. Yeni il qabağı növbəti acı” şərhini qeyd edib.