"Nə isə baş verməlidir" tamamlanmamış filmin ssenarisi hərracda satılıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu, dünya şöhrətli aktrisa Merilin Monronun oynamalı olduğu sonuncu filmi olub.
Filmin ssenarisi hərracda 25 min dollara satılıb. Bu ssenarinin özəlliyi ondadır ki, əsər üzərindəki qeydləri Monro özü aparıb. Aktrisa, həmçinin, filmdə işlətməli olan replikaları da özü əlavə edib.
Lakin 1962-ci ildə Merilin layihədən uzaqlaşdırılıb və 2 ay sonra o, müəmmalı şəkildə dünyasını dəyişib.
Qeyd edək ki, bir müddət əvvəl Los-Ancelesdə keçirilən "Julien's Auctions" hərrac evində Monronun 2 donu də satılıb. Belə ki, Merilinin 1962-ci ildə ABŞ prezidenti Con Kennedinin doğum gününə geyindiyi paltar və "Cazda yalnız xanımlar" adlı filmdə geyindiyi qara geyim də auksiona çıxarılıb. İki geyim birlikdə 11 milyon dollara satılıb.