Rus Dram Teatrında “Cəhənnəm sakinləri” tamaşasının nümayişi keçirilib.
Axşam.az-ın məlumatına görə, tamaşanı izləyənlər arasında əməkdar artist Sevda Ələkbərzadə də yer alıb.
ADDIM Gənclər Təşkilatının keçirdiyi “Teatra Addımla” adlı layihə çərçivəsində S.Ələkbərzadə sevənləri ilə də bir araya gəlib.
Tamaşanın nümayişində həmçinin əsərin müəllifi, Azərbaycan Respublikası Baş Nazirinin müavini , xalq yazıçısı Elçin Əfəndiyev iştirak edib. O gənclər və layihənin iştirakçıları ilə xatirə fotosu çəkdirib onlarla bərabər tamaşanı izləyib.