"Cesur ve Güzel" serialının qəhrəmanları Tuba Büyüküstün və Erkan Avcı jurnalistlərin qarşısına çıxıblar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Tuba serialda onun qardaşını canlandıran Erkanla qol-qola girərək sualları cavablandırıb. O, Onur Saylakla boşanacaqları barədə suala belə cavab verib:
"Boşanma xəbərləri barədə soruşmayın, cavab vermək istəmirəm. Nə söyləsəm, fərqli qəbul ediləcək. Ona görə də danışmayacağam".