"Çox mülayiməm, hər şeylə razılaşıram" - Xədicə+fotolar
Ölkə
11:56 / 19.12.16
4628dəfə oxunub
A-
A
A+
Aparıcı Xədicə Sənanqızı aktrisalıq sahəsində özünü sınamağa başlayıb.
O, Axşam.az-a açıqlamasında bildirib ki, ATV-də yayımlanan “Qız atası” serialında rol alır:
"Bir neçə bölümdür ekran işində Ellada obrazını canlandırıram. Aktrisalıq çox maraqlıdır. Bundan sonra filmlə bağlı təklif gəlsə, razılaşacam. Özümü böyük filmdə də sınamaq istəyirəm. Həyatda çox mülayim, hər şeylə razılaşan biriyəm. Amma mənfi obraz canlandırmaq istəyirəm".
X.Sənanqızı vaxt azlığından da şikayətlənib:
"Həftənin 5 günü canlı yayımdayam. Həftəsonları isə serial çəkilişində oluram. İstirahətə vaxtım qalmır. Mən serialın çəkilişi zamanı dincəlirəm. Yaradıcı heyətimiz maraqlı insanlardan ibarətdir. Onların yanında bütün yorğunluğu atmaq olur".