"İçerde" serialındakı "Melek" obrazı ilə son ayların ən bəyənilən aktrisası olan Bensu Soral sevgilisi Hakan Başla görünüb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, restorandan çıxan cütlük avtomobilinə minərkən jurnalistlərlə qarşılaşıb. Bensu onların "Kürkünüz həqiqidir" sualına gülərək belə cavab verib:
"Dostlar, həqiqi olsa, bu qədər üşümərəm. Halımıza baxın... Mən belə soyuq görməmişdim".