“ATV maqazin onlarla” verilişi Yeni il üçün xüsusi buraxılış lentə alıb.
Axşam.az-ın məlumatına görə, proqramın kollektivi bu münasibətlə bir çox tanınmış sənətçiləri bir araya yığıb.
Maraqlı anların yaşandığı mərasimdə küsülü ifaçılar yan-yana gəlib. Onlardan biri də xalq artisti Aygün Kazımova və rəqqasə Oksana Rəsulova olub. Uzun müddət küsülü olan sənətçilər bu yay barışdıqlarını desələr də, indiyədək birlikdə görünməmişdilər. Onlar ilk dəfə bu çəkiliş prosesində bir araya gəliblər.
Qeyd edək ki, A.Kazımova ilə O.Rəsulovanın küsməsinə səbəb meyxanaçı Namiq Qaraçuxurlu olmuşdu. Oksana ilə Namiqin sevgili olmaları haqda xəbər yayılmışdı. Həmin ərəfə meyxanaçı ilə sevgili olan A.Kazımova bu xəbərə sərt reaksiya vermişdi.
Foto: Ramin ASLANOV