Azərbaycanlı aparıcı oğluna toy etdi - fotolar

Azərbaycanlı aparıcı oğluna toy etdi -  fotolar
47008 dəfə oxunub
  • A-
  • A
  • A+
Toy məclislərinin tanınmış aparıcısı Pünhan İsmayıllının oğlunun toyu olub.

Axşam.az xəbər verir ki, aparıcının oğlu Ağasəlim, Səriyyə adlı xanımla ailə qurub. 

P.İsmayıllı məclisdə gəlini və oğlu üçün sürpriz edib. Belə ki, o övladı üçün aldığı mənzilin açarını yeni evlənən gənclərə verib.

Şəhər restoranlarının birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. P.İsmayıllı bildirib ki, gəlini xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Baloğlan Əşrəfov və müğənni Manaf Ağayevin ifasını xoşlayır. Hər üç ifaçını da məclisə gəlininin arzusunu yerinə yetirmək üçün dəvət edib.

Foto: Elnur QASIMOV