Emin və Aysel mükafat aldılar - fotolar

Emin və Aysel mükafat aldılar - fotolar
2673 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada "Fashion TV"nin təşkilatçılığı ilə mükafatlandırma mərasimi keçirilib.

Axşam.az-ın rus mediasına istinadən məlumatına görə, tədbirdə azərbaycanlı iş adamı, müğənni Emin Ağalarov "Ən dəbli kişi müğənni" seçilib. "Ən dəbli qadın müğənni" adına isə Ani Lorak layiq görülüb.

Azərbaycan əsilli stilist Aysel Trudel isə "İlin stilisti" mükafatını alıb.

Gecədə Rusiyanın tanınmış simaları iştirak edib. Onlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.