"Onlar”ın on yaşında nələr oldu? – Fotolar

"Onlar”ın on yaşında nələr oldu? – Fotolar
11686 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün şəhər restoranlarının birində ATV telekanalının ən baxımlı maqazin verilişi “Onlar” 10 yaşını təmtəraqlı şəkildə qeyd edib.

Axşam.az-ın məlumatına görə, şou-biznesin tanınmış simalarının qatıldığı gecədə sürprizlə dolu anlar yaşanıb.

Tədbirin qonaqlarından olan sənətçi Rəqsanə yaradıcı kollektivə böyük tort hədiyyə gətirib. Şou-biznesin sevilən simaları “Onlar”a ürək sözlərini Axşam.az vasitəsilə çatdırıb.

“Onlar”ı Azərbaycanda ən maraqlı maqazin verilişi adlandıran müğənni Ayan kollektivə uğurlar arzulayıb:

 “Mənim ən uğurlu rəqəmim 13-dür. “Onlar”ın 13 yaşında daha böyük sürpriz edəcəyəm”.

Əməkdar artist Manana maqazin verilişini ən doğru süjetlər hazırladıqları üçün bəyəndiyini deyib:

 “Onlar”ı sevirəm, izləyirəm. Çünki hər zaman dürüst, doğru xəbərlər hazırlayırlar. Digər maqazin verilişlərindən elə bu xüsusiyyətlərinə görə də fərqlənir”.

Xatirə “Onlar”ın rejissoru və aparıcısı Afaq Gəncəlini təbrik edərək, ona gözəl süjetlərə görə minnətdarlığını bildirib. “Onlar”ın özəl gecəsinə gələnlər arasında xalq artisti Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Ədalət Şükürov, müğənnilər Samir Piriyev, Nadir Qafarzadə, Samir Cavadzadə, Natavan Həbibi, Aysel Əlizadə, Ayan Babakişiyeva, Manana, Elçin Cəfərov, Yaşar Yusub, meyxanaçı Namiq Qaraçuxurlu, rəqqasə Fatimə, bəstəkar Gövhər Həsənzadə və başqaları var idi.

Gecənin sonuncu qonağı isə əməkdar artist Abbas Bağırov olub. O, tədbirə gec qatılmasını bir-birinin ardınca səsləndirdiyi mahnılarla unutdurmağa çalışıb. Gecənin ən maraqlı hissəsi isə Natavan Həbibi, Abbas Bağırov və Elnarə Xəlilovanın iştirakı ilə “Onlar”ın himninin səsləndirildiyi məqam olub.

Axşam.az saytı “Onlar”ın kollektivi – rejissor və aparıcı Afaq Gəncəli, montajor Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova, prodüser Tural Nəbiyevi təbrik edir, gələcək işlərində uğurlar arzulayır.

Foto: Rəşad Abbasov