Yerli tanınmışlar mükafatlandırma gecəsinə belə gəldi - fotolar

Yerli tanınmışlar mükafatlandırma gecəsinə belə gəldi -  fotolar
8643 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün Bakıda “Azerbaijan Best Awards” mükafatlandırma mərasimi baş tutub.

Axşam.az-ın məlumatına görə, “Zirvə Ziyalılar Təşkilatı”nın yaranmasının 25 illik münasibəti ilə keçirilən gecədə aktyorlar, aktrisalar, idmançılar, stilistlər, aparıcılar, modelyerlər, iş adamları, müğənnilər və media nümayəndələri mükafatlandırılıb.

Aparıcılığını Kamran Quliyevin etdiyi gecədə iştirak edən tanınmışlar arasında xalq artisti Məleykə Əsədova, əməkdar artistlər Fərqanə Qasımova, Tünzalə Ağayeva, müğənnilər Günay İbrahimli, Nura Suri, rəqqasə Fatimə Fətəliyeva, stilistlər Anar Ağakişiyev, Elnur Həsənov, aparıcı Könül Muxtarova və başqalaarı yer alıb. 

Qırmızı xalıdan keçən məşhurlar qlamur geyimləriylə də diqqət çəkiblər. Tədbirin ən fərqli görünən tanınmışı isə müğənni Günay İbrahimli olub.

Xalq artisti Alim Qasımovun mükafatını isə qızı Fərqanə Qasımova alıb.

Foto: Ramin ASLANOV