Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun adı yenə qızlarla hallanır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kriştiano indi də ispan gözəli Georgina Rodriguez ilə görüşür.
Cütlük ötən gecə Madridin ən bahalı restoranlarından çıxarkən kameralara tuş gəlib. Bu zaman futbolçunun yanağındakı qırmızı dodaq boyası izi diqqətdən yayınmayıb.