Müğənni Azad Şabanov ötən gün hərbi xidmətdən qayıdıb.
İlk müsahibəsini Axşam.az saytına verən sənətçi təəssüratlarını bizimlə bölüşüb:
“Bir il efirdən, ailəmdən uzaq qaldım. Məzuniyyətə cəmi bircə dəfə gəlmişdim. Sənətim və valideynlərim üçün çox darıxmışdım. Vətən qarşısında borcumu yerinə yetirdiyim üçün çox xoşbəxtəm. Hələ də inana bilmirəm ki, əsgərliyi başa vurdum. Bu müddət ərzində xasiyyətim dəyişmədi, amma çox insanı tanıdım, yeni dostlar qazandım. Məni yada salanı da, salmayanı da tanıdım”.
Azad yaxın günlərdə yeni mahnıları ilə səhnədəki boşluğu dolduracağanı deyib:
“Düzü, tamaşaçılarımın məni unutduğunu düşünmürəm. Apreldə məzuniyyətə gələndə “Dostum” adlı mahnımı təqdim etdim. İndi də yeni bəstələr var, tezliklə hamısını təqdim edəcəm. Əsgərlikdə olanda çoxlu şeirlər yazmışam”.
A. Şabanov mahnı həsr etdiyi xanımdan danışıb: “O xanım dostum idi. Hisslərimi isə o mahnıda ifadə etdim. Amma aramızda sevgi münasibəti olmayıb, dost kimi qalmaq daha yaxşıdır. Şəxsi həyatımı hər zaman gündəmdən uzaq tutmağa çalışıram”.
Foto: Bəhruz ƏLİZADƏ