Tramp təhqir olunduğu üçün təyyarəni tərk etdi - fotolar

Tramp təhqir olunduğu üçün təyyarəni tərk etdi - fotolar
7720 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın yeni prezidenti Donald Trampın qızı İvanka Tramp ailəsi ilə birlikdə mindiyi təyyarədən endirilib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, əri Jared Kuşer və 3 uşağı ilə “Jetblue” hava yollarına məxsus təyyarə ilə Nyu-Yorkdan San-Fransiskoya gedən İvanka təyyarədə Dan Goldstein adlı sərnişin tərəfindən təhqirlərə məruz qalıb.

İddialara görə, sərnişin Trampa: “Sənin atan bu ölkəni məhv edəcək” kimi şüarlar səsləndirib.

Elə bu səbəbdən İvanka və ailəsi təyyarədən enərək, Havay adalarına gedən xüsusi jetə miniblər.