Müğənni Elvin Abdullayev nişanlısına həsr etdiyi “Həyat dostum” adlı mahnısına klip çəkdirib. Sənətçi Axşam.az saytına açıqlamasında ekran işində nişanlısı Afətin ona kömək etdiyini deyib:
“Klipimin rejissoru yoxdur. Dostlarımın və nişanlımın məsləhəti ilə çəkmişəm. Bilirsiniz ki, Afət rejissordur. Bu dəfə ətrafımdakılar klipə bir çox müdaxilələr etdi, Afət məndən incidi. Söz vermişəm ki, növbəti klipimi bütünlüklə ona həvalə edəcəm. İnanıram ki, maraqlı alınacaq. Amma o, ekran işində adının rejissor kimi yazılmasını istəmir”.
Elvin nişanlısının qısqanclığından da danışıb:
“Münasibətlərdə qısqanclıq çox olur. O, çox qısqancdır. Amma yeri gələndə mən ondan da çox qısqanclıq edirəm. Tanınmış insanam, telefonuma lazımsız zənglər gəlir, narahat edənlər çox olur. Amma aramızdakı sevgi hər cür söz-söhbəti aşmağa imkan verir. Əsas odur ki, onunla xoşbəxtəm”.
Qeyd edək ki, Afət Mehdiyeva ATV telekanalında yayımlanan "Şarm" verilişinin rejissorudur.
Foto: Rəşad ABBASOV