Aktrisa Farah Zeynep Abdullah dərgilərdən birinə müsahibə verib.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, aktrisa həyatı ilə bağlı etiraflar edib. O bildirib ki, ən böyük tənqidçiləri atası və anasıdır:
"Atam oynadığım seriallardan birinin bölümünü izləyərkən məni bəyənməmişdi. "İncimə qızım, çox darıxdırıcısan, yatdım" demişdi. Oynadığım seriallardakı libasların hamısından varımdı. Onları nə edəcəm bilmirəm, amma qarderobumda saxlayıram. Valideynlərim 35 ildir birlikdədilər. Aralarında böyük eşq var.
Gələcək övladlarım üçün fərqli videolarımı çəkib saxlayıram. Tək onlar üçün yox, gələcək ərim üçün də videolar çəkirəm. Uşaq yaşlarımdan mahnı bəstələyirəm".