Müğənni Sevda Yahyayeva imicini yenə dəyişib.
Sənətçi Axşam.az saytına açıqlamasında saç rəngini tez-tez dəyişməsinin səbəbini deyib:
“Saç boyaları reklamına çəkilmişəm. Ona görə saç rəngimi tez-tez dəyişirəm. Qarşıda isə daha maraqlı imiclərim olacaq”.
Yeni fotosessiya etdirdiyini deyən Sevda layihələr üzərində çalışdığını bildirib:
“Rusiyadan gələn fotoqrafla iş birliyi qurdum. Çox maraqlı iş alınıb. Yeni mahnılar yazdırıram. Tolik kimi prodüserim var, onunla böyük işlər görəcəyik. Buna görə də tamaşaçılar məndən fərqli layihələr gözləsinlər”.
Foto: Bəhruz ƏLİZADƏ