Böyük Britaniya şahzadəsi Uilyam və xanımı, Kembric hersoginyası Keyt Middlton kral ailəsində yenilik ediblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar ilk dəfə Yeni ili ailənin digər üzvlərindən ayrı qeyd ediblər. Uilyam bayramı rəsmi olaraq ailəsi ilə deyil, Keytin valideynləri ilə keçirib.
Middlton ailəsinin yaşadığı Baklberi kəndində şahzadə xanımı və uşaqları ilə birgə kilsəyə gedib. Fotoqraflar balaca Corc və Şarlottanı daha çox diqqətdə saxlayıblar.
Qeyd edək ki, bu, kral ailəsinin ənənəsinin pozulması kimi izah edilir. Sandrighemdə baş tutan rəsmi Yeni il tədbirinə kraliça Yelizaveta da qatılmayıb.