Tanınmışlar “Səma” rəqs ansamblının konsertində - fotolar

Tanınmışlar “Səma” rəqs ansamblının konsertində -  fotolar
661 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi və Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə “Səma” rəqs ansamblının hesabat konserti keçirilib.

Axşam.az xəbər verir ki, multikulturalizm ilinə həsr olunmuş Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutub. 
 
Konsertdə “Səma” rəqs ansamblının ifasında Azərbaycan və dünya xalqlarının rəqsləri nümayiş olunub.
 
Əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, əməkdar incəsənət xadimi Cavan Zeynallı, müğənnilər İzzət Bağırzadə, Niyam Salami, Günay İbrahimli, Səbinə Əsgərova, Nərminə Paşayeva, “Free life” rəqs qrupu tədbirdə çıxış ediblər.

Konsertdə həmçinin Gürcüstan Respublikasının əməkar artisti Tato Qoderdzishvili və “Xareba” gürcü akademik ansablı yer alıb. Sonda “Səma” rəqs ansablı, gürcü qonaqlar fəxri fərman və diplomlarla təltif olunublar.