Müğənni Niyam Salami həmkarı Səidə Sultanla fotokamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, S.Sultan onun şou-biznesdəki ən sadiq dostudur:
"Düşünürəm ki, 2016-cı il həm onun, həm də mənim üçün çox uğurlu keçdi. Birgə ifa etdiyimiz duet sevildi və “Youtube”da xeyli baxış yığdı. Mənim 2017-ci ildən gözləntilərim çoxdur. İndidən söyləyim ki, hər kəsi şok salacaq layihə edəcəm. Tamaşaçılar hələ məndən elə bir şey görməyiblər".