Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başa çatıb.
Axşam.az-ın məlumatına görə, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən mərasimdən sonra mərhumun cənazəsi Türkan kənd qəbiristanlığına aparılıb və orada dəfn olunub.
Qeyud edək ki, A.Abdullayev uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Muğam ifaçısı ötən gün dünyasını dəyişib.