Müğənni Roza Zərgərli “Bakı vaxtı ilə” verilişində İTV-nin bütün aparıcılarını bir araya yığıb.
Axşam.az-ın məlumatına görə, ifaçının Yeni il çəkilişində maraqlı anlar yaşanıb. 2016-cı ilin son verilişində R.Zərgərli ilə yanaşı Saleh Bağırov da aparıcılıq edib.
Proqramın sözügedən buraxılışı yanvarın 1-də efirə gedəcək. Verilişdə xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Mətanət İsgəndərli, Babək Niftəliyev, Səlim Abbasov, müğənnilər Yaşar Yusub, Xuraman Şuşalı, Elxan Şirinov, Nicat Rəhimov, Vaqif Şıxaliyev və başqaları iştirak edib.