İlham Əliyev və xanımı parkda - fotolar

İlham Əliyev və xanımı parkda - fotolar
1426 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

Axşam.az-ın məlumatına görə, Keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb.

Bu ərazi əvvəllər zavodun istismarı zamanı sürtkü və kimyəvi maddələrlə yararsız vəziyyətə düşmüşdü. İnşaat işləri zamanı ərazi illərlə qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib, genişmiqyaslı abadlıq işləri aparılıb.

Prezident İlham Əliyev istirahət parkının rəmzi açılışını bildirən lenti kəsib. Dövlət başçısı və xanımı parkda yaradılan şəraitlə tanış olublar.