Kimsəsiz uşaqlar üçün bir araya gəldilər - fotolar

Kimsəsiz uşaqlar üçün bir araya gəldilər -  fotolar
1297 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə “Child love” adlı xeyriyyə tədbiri keçirilib.

Axşam.az xəbər verir ki, Yeni il və Dünya Azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş tədbirdə şou-biznesin tanınmış simaları da iştirak edib.

Tədbirdə 350-yə yaxın valideyn himayəsindən məhrum olan uşaq iştirak edib.

Mərasimin təşkilatçısı Tural Babayev bildirib ki, məqsədləri kimsəsizləri sevindirməkdir:

"İstəyirik kimsəsiz uşaqların simasında bir az da olsa təbəssüm yaradaq. Ölkəmizdə kimsəsiz uşaqlara Heydər Əliyev Fondu böyük qayğı göstərir. Biz də bir qrup gənc olaraq dövlətimizin bizə yaratdığı şəraitdən istifadə edərək onlara xoş bir gün yaşatmaq istədik. Bu gün yanımızda olan hər kəsə təşəkkür edirik".

Konsert proqramının təşkilatçıları Tural Babayev, Elçin Babayev və Fikrət Qasımzadədir.

Aparıcılığını İlkin Həsəninin etdiyi konsertdə müğənnilər Sevil və Sevinc Səfərovalar çıxış edib.

Foto: Ramin ASLANOV