Ötən il olduğu kimi bu il də, dekabrın 28-də “28 May” metro stansiyasında Şaxta baba və Qar qız sərnişinləri təbrik edəcək.
Bu barədə Axşam.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, bu il də Şaxta baba və Qar qız metronun stansiyalarında sərnişinlərlə görüşəcək, metronun kiçik sərnişinləri olan uşaqlara müxtəlif hədiyyələr bəxş edəcək, sərnişinlərin şikayət və təkliflərini dinləyəcəklər.
N.Paşayev qeyd edib ki, sosial aksiya dekabrın 29-da da keçiriləcək. Əsas məqsəd insanları təbrik etmək, onlarda xoş əhvali-ruhiyyə yaratmaqdır.
Artıq “Elmlər Akademiyası”, “Memar Əcəmi”, “Koroğlu”, “İçərişəhər” və “28 May” metro stansiyalarında böyük yolkalar qurulub.