Xatirəni qorxuya salan zəng

Xatirəni qorxuya salan zəng
3529 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xatirə İslam “Onlar”ın ad günü mərasimində səhnəyə çıxmaqdan imtina edib.

Axşam.az-ın məlumatına görə, sənətçiyə səhnə vaxtının çatdığı deyilsə də, o, tələsdiyini bildirərək məkanı tərk edib. Xatirə müxbirimizlə söhbətində evindən təcili telefon zəngi gəldiyini deyib:

“Evdən zəng gəldi. Oğlumun narahat olduğunu dedilər. Təcili evə qayıtmalı oldum. Ona görə də səhnəyə çıxa bilmədim”.

Uzun müddətdir pəhriz saxlayan Xatirənin xeyli arıqlaması da diqqətdən qaçmadı.

Foto: Bəhruz ƏLİZADƏ