Leyla Əliyeva sərgidə - fotolar

Leyla Əliyeva sərgidə - fotolar
1405 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisinin açılış mərasimi keçirilib.

Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov başa çatmaqda olan 2016-cı ilin də Mərkəz üçün çoxsaylı tədbirlərlə yadda qaldığını bildirib. O, vurğulayıb ki, bu gün “Kukla incəsənətdə” sərgisində təqdim edilən kolleksiya 10 il ərzində Heydər Əliyev Fondu tərəfindən toplanıb.

Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, Ümumrusiya Rəssamlar İttifaqının bədii kukla bölməsinin sədr müavini, kuklaçı rəssam Aleksandra Xudyakova da çıxış edib: “İlk dəfədir ki, bu cür yüksək səviyyədə bədii kukla sərgisini görürəm. Mən bu möhtəşəm tədbirə görə Heydər Əliyev Fonduna, eləcə də Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümü bildirirəm. Sözün doğrusu, kifayət qədər xeyli sayda sərgilər görsəm də, bu cür ekspozisiyanı ilk dəfədir ki, görürəm. Kukla insanın reprezentasiyasının ən qədim formalarından biridir. Kukla heykəltəraşlıq kimi öz başlanğıcını çox qədimdən götürür. Demək olar ki, dünyanın bütün mədəniyyətlərində rəssam kukla yaradıb. Kukla böyük ciddi fenomendir”.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov bildirib ki, bu sərgi maraqlı və nadir bayramdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.