"Lider"in Yeni il konsertində nələr baş verdi? - fotolar
Ölkə
11:51 / 28.12.16
1681dəfə oxunub
A-
A
A+
“Lider” telekanalı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə konsert keçirib.
Axşam.az-ın məlumatına görə, Dənizkənarı Milli Parkda baş tutan tədbirdə sənət aləminin tanınmış simaları yer alıb.
Xalq artisti Aygün Kazımova, müğənnilər Günay İbrahimli, Elton Hüseynəliyev, Nuri Sərinləndirici, Natavan Həbibi, Könül Kərimova, Aşıq Zülfiyyə, Namiq Fərhadoğlu, meyxanaçı Namiq Qaraçuxurlu və başqaları gecədə mahnılar səsləndiriblər.
Konserti 31 dekabrda "Lider" telekanalında izləyə bilərsiniz.