"Mənim elə xasiyyətim yoxdur" - Aygündən yeni fotolar

"Mənim elə xasiyyətim yoxdur" -  Aygündən yeni fotolar
7611 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Aygün Kazımova “10-dan sonra" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni ötən gün “Lider” telekanalının yeni il konserti zamanı baş verən anlaşılmazlığa aydınlıq gətirib.

A.Kazımova haqqında yazılan “Jurnalistləri qovdu, müsahibə vermək istəmədi” kimi yazılardan danışıb. İfaçı bildirib ki, heç vaxt media nümayəndələrinə qarşı hörmətsizliyə yol verməz:

“Dünən Bulvarda qardaş kanalın Yeni il şənliyi çəkilirdi. O qədər sənət dostum var idi ki... Soyuq aylarda sənətçilər öz sırasını qurulan çadırlarda oturaraq gözləyirlər. Mənim oturduğum çadırın yanında jurnalistlər olub. Çıxışdan sonra bir-iki müsahibə verdim. Evə gəldim ki, aləm bir-birinə dəyib. Anlaşılmazlıq olub, indiyə kimi mənimlə jurnalistlər arasında heç vaxt problem olmayıb. Yazdılar ki, “Aygün medianı qovdu”. Mənim heç xəbərim olmayıb ki, kimsə müsahibə istəyib. Allah etməsin, mənim elə xasiyyətim yoxdur. Səhnəyə gələn gündən jurnalistlərlə dostam. Həmişə səmimi olmuşam, dostuma danışmadığım sirrimi jurnalistlərlə bölüşmüşəm. Mənim dostlarım da mediayla dostdur. Kimisə qovmaq fikrimiz heç vaxt olmayıb”.

Foto: Ramin ASLANOV