İstanbulda keçirilən “Mercedes-Benz Fashion Week”in 4-cü günündə maraqlı hadisələr yaşanıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin bir çox məşhur simaları dəfiləni izləyiblər.
Bunlar arasında tanınmış cütlük – aktrisa Beren Saat və müğənni Kənan Doğulu diqqət çəkib. Bundan başqa, aktrisa Bade İşcil də həyat yoldaşı Malkoç Süalpla birgə tamaşaçılar arasında yer alıb.
Nümayişdə tül geyimlər üstünlük təşkil edib. Ən təəccüblü məqam isə Türkiyənin meqastarı Ajda Pekkanın podiuma çıxması olub. İzləyicilər arasında Kənan və Beren də təəccübünü gizlətməyib.