Müğənni Elnarə Xəlilova ATV telekanalında yeni veriliş hazırlayır.
Bu haqda məlumatı Axşam.az saytına sənətçinin özü deyib. Onun sözlərinə görə, təzə layihəsinin adı “Market”dir. Elnarə bu dəfə ərzaqların yarışını keçirəcək:
“İki fərqli firmanın məhsulunu seçib, laboratoriyaya göndərəcəyik. Ən keyfiyyətli məhsul birinci seçiləcək. Maraqlı bir veriliş alınacağına əminəm”.
Hazırda yayımlanan “Süfrəmiz” verilişinə gəldikdə isə, Elnarə yaxın günlərdə onun aparıcılığından imtina edəcəyini bildirib. O deyib ki, verilişdən avqust ayında getməli olsa da, rəhbərliyin istəyi ilə indiyədək işinə davam edir.