"Bu, hamını şok edəcək" - Ayan

"Bu, hamını şok edəcək" -  Ayan
3355 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ayan Babakişiyeva "Gəncə" mahnısına çəkməyi planlaşdırdığı klipi təxirə salıb.

Bu haqda Axşam.az saytına sənətçinin özü məlumat verib. O, əvəzində başqa mahnılarına klip ərsəyə gətirəcəyini bildirib:

"Gəncə ilə bağlı klipi havaların yaxşı olduğu ərəfədə çəkmək qərarına gəldim. İndi isə digər mahnılarımı ekranlaşdıracam. "Telefonum susub" adlı mahnıma çəkilən, qrafikadan ibarət olan ekran işi çox maraqlı alınıb. Bu, hamını şok edəcək. Bundan sonra da qrafikadan ibarət kliplərə müraciət edəcəm. Çünki qeyri-adilik etmək mümkündür. Qərar vermişəm ki, gələn ilə kimi çoxlu klip təqdim edim”.

Son vaxtlar şou-biznesə marağın itdiyini söyləyən Ayan sənətçiləri təhqirlə gündəmdə qalmaqda ittiham edib:

"Müğənnilər nə edir etsin, yenə də diqqət çəkə bilmirlər. Gündə beş klip təqdim etsən də, maraqlı olmursan. İndi sənətçilər təhqirlə gündəmdə qalmağa başlayıblar. Mənsə fərqli ekran işi çəkməklə məşğulam”.

Foto: Bəhruz ƏLİZADƏ