"Eurovision- 2011” mahnı müsabiqəsində Azərbaycana qalibiyyət gətirən Eldar Qasımov "The one" adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə 1 ay ərzində ərsəyə gələn klipin rejissorluğunu Ceyhun İbrahimoğlu edib. Bu barədə danışan müğənni ilk dəfə olaraq işini yerli rejissora həvalə etdiyini deyib:
“Hər zaman Ukraynalı rejissorlara müraciət etsəm də, Ceyhun İbrahimoğlu ilə olan işbirliyimiz də kifayət qədər uğurlu alındı. İsətəyərdim ki, tamaşaçılar və məni sevənlər də klipi bəyənsinlər”. Klipdə hər şey bir telefon zəngindən sonra başlayır. Ekran əsərində Eldarı “Nero” rəqs qrupu, aktrisa El və Elya müşayiət edib. Ekran əsəri artıq bir neçə gündən sonra İsveçrə, Rusiya və Avropa kanallarında da yayımlanacaq. Təqdimata məşhurlardan Oksana Rəsulova və “Qurd” ləqəbli repçi Fərid də qatılıb.
Təqdimatdan sonra söz verildiyi kimi müğənni fanatları ilə görüşüb və avtoqraf verib. Tədbirdə müğənninin pərəstişkarıları onunla bol-bol şəkil də çəkdirib.
Xatırladaq ki, ifaçı tezliklə "Canım" mahnısına çəkdirdiyi klipi də təqdim edəcək.
Foto: Rəşad Abbasov