ATV telekanalının ən çox izlənilən layihələrindən olan “Özünə bax” zövq yarışması yeni həftənin ilk efir günü maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, bu gün müsabiqədə münsif kürsüsündə layihənin rəhbəri Ruhi Əliyeva, vizajist Nərmin İbrahimova, modelyer Afa əyləşib. Verilişin başlanğıcında canlı yayıma gəlməyən R.Əliyeva hər kəsi təşvişə salıb. Türkiyədən qayıdan layihə rəhbəri hava limanından birbaşa canlı yayıma qatılacağı üçün gecikdiyini bildirib. Bu gün dörd xanım öz zövqünü nümayiş etdirib. Onlardan yalnız biri – Adeliya ikinci yarımfinala keçib. Rufanə adlı xanım zövqsüz makiyajı ilə narazılığa səbəb olub. 37 yaşlı Vəfa adlı xanımın geyimi isə münsiflərin xoşuna gəlməyib. Ruhidən bir şans istəyən Vəfa onu kövrəldib. Layihə rəhbəri xanımı ikinci yarımfinala keçirtmək istəsə də, digər münsiflər narazılıq edərək, onu müsabiqədən uzaqlaşdırıblar.
Xatırladaq ki, “Özünə bax 2” həftə içi hər gün saat 15:30-dan 17:00-a kimi ATV telekanalında canlı yayımlanır. Layihənin rəhbəri Ruhi Əliyeva, prodüseri Vüqar Şəfiyev, aparıcısı Rüfət Ağayev, redaktoru Nərgiz Əliyeva, rejissoru isə Qəmər Abbasovadır. Birinci yerin sahibinə ev, ikinciyə çox bahalı, zümrüd qaşlı dəst, üçüncüyə isə xarici ölkəyə səyahət hədiyyə veriləcək.
"Özünə bax 2"nin informasiya dəstəyi Axşam.az saytıdır.
Foto: Rəşad Abbasov