Samir Cavadzadədən mini fotosessiya

Samir Cavadzadədən mini fotosessiya
1851 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Cavadzadə əsl şopoqolik olduğunu etiraf edib.

Sənətçi Axşam.az saytına açıqlamasında son pulunu da geyimə xərclədiyini deyib:
 
“Hansı ölkəyə gedirəmsə, mütləq alış-veriş edirəm. Amma etiraf edim ki, öz şəhərimizdən də geyimlər alıram. Özümü əsl şopoqolik adlandırıram. Qarderobumda elə paltarlar var ki, baha qiymətə almışam, heç geyinməmişəm. Mənim üçün geyimin qiymətinin önəmi yoxdur, 10 dollarlıq kofta belə alıram. Heç vaxt stilistlə işləməmişəm. Saçımı, geyim tərzimi öz zövqümə uyğun düzəldirəm. Dəfələrlə olub ki, sənətçi dostlarım məni görəndə çox bəyəndiklərini deyiblər. Hətta məndən nəsə götürdüklərini də etiraf ediblər. Buna pis baxmıram, çünki mən də kimlərdənsə nəsə öyrənirəm. Fərqli görünməyimin səbəbi odur ki, mən geyimdə rənglərdən qorxmuram. Hər rəngdə paltar geyinirəm”.

Foto: Bəhruz ƏLİZADƏ