Müğənni Nadir Qafarzadə bayram münasibəti ilə qurban kəsib.
Təəssüratlarını Axşam.az-la bölüşən müğənni bu günün əhəmiyyətindən söz açaraq, müsəlman dünyasının bayramını təbrik edib:
“Hər il bu bayramı sevə-sevə qeyd edirəm. Bütün müsəlmanların qurban bayramını təbrik edirəm. Allah hər bir ailəyə ruzi-bərəkət və can sağlığı versin. Artıq bir neçə saat olar ki, qurbanlıq qoçlar kəsdirib evə gəldim. Səhər saatlarında bir neçə ailəyə baş çəkdim. Köməkçimə də tapşırdım ki, kəsdiyim qurbanlıqdan bir neçə ailəyə paylasın”.
N. Qafarzadə daha sonra bildirib ki, Qurban bayramı münasibəti ilə ona bayram sovqatları da göndərilib:
“Artıq ötən gündən hədiyyələri qəbul edirəm. Bir neçə tanış insan və özəl şirkətlərdən bayram payı göndəriblər. Toyunu idarə etdiyim bir bəy isə mənə qurbanlıq qoç hədiyyə edib. Əlbəttə, bütün bunlar məni sevindirməyə bilməz. Mənə diqqət ayıran insanlara dərin minnətdarlığımı bildirirəm”.