Azərbaycanlı müğənninin 18 820 manatlıq əyin-başı - Foto

Azərbaycanlı müğənninin 18 820 manatlıq əyin-başı - Foto
8241 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Aysel Əlizadə qarderobundan danışıb.

Sənətçi Axşam.az saytına açıqlamasında sevdiyi brendlərin adlarını deyərək, hər zaman baxımlı görünməyin sirrini açıb:

“Əgər hansısa geyimimi xaricdən gətirirlərsə, onun brend olub-olmamasına əhəmiyyət vermirəm. Əsas odur ki, mənə yaraşsın və zövqümcə olsun. Ayaqqabılarımı “Prada”, YSL kimi firmalardan alıram. Ən sevdiyim geyimlər “Emporio”dan olur. Oradakı rəngarəngliyə vurğunam. Xaricdə olanda ticarət mərkəzlərinə, brend olmayan mağazalara girirəm. Hətta Türkiyədə adi bazara getməyi, oradan nəsə almağı xoşlayıram. Həmin vaxt elə bil uşaqlığıma qayıdıram.

Qarderobumda 50 manatdan tutmuş, 5 min manata kimi dəyəri olan geyimlər var. Bəzən ucuz geyim insana elə gözəl yaraşır ki, onun qiymətinə fikir vermirsən. Saçlarıma qulluq etməyi sevirəm. Çox vaxt harasa tələsəndə makiyajımı özüm edirəm, heç də vizajistin əl işindən seçilmir. Qadın hər zaman baxımlı görünməlidir. Buna görə də qulluq vasitələrindən istifadə etmək məsləhətlidir”.

Qeyd edək ki, Aysel şəkillərdə gördüyünüz bu imicinə 18 820 AZN xərcləyib:

Don – “Beynen” 3000 AZN
Ayaqqabı – 400 avro (İspaniyadan alıb)
Qolbaq – “Accessorize” 20 AZN
Saç-makiyaj – 300 AZN
Saat – “Maurice lacroix” 2000 avro
Sırğa – “Accessorize” 100 AZN
Çanta – “Vario” 500 AZN
Üzük – 10 000 AZN
Üzük – 3000 AZN

Foto: Bəhruz ƏLİZADƏ