"Özümə rəqib görmürəm" - Elçin Cəfərov

"Özümə rəqib görmürəm" -  Elçin Cəfərov
1165 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elçin Cəfərov şou-biznesdəki durğunluqdan şikayətlənib.

Axşam.az-ın məlumatına görə, ifaçı "Lider maqazin"ə açıqlamasında özünə rəqib görmədiyini deyib:

"Şou-biznesdə durğunluq var. Bunu aradan qaldırmaq tək mənim işim deyil, hamı bir olmalıdır. Şou-biznesi partlatmaq yox, tərpətmək lazımdır. Ya bu işin peşəkarı olmalısan, ya da atıb getməlisən. Hazırda sənətdə özümə rəqib görmürəm. Düşünə bilmirəm ki, filankəs mənim rəqibimdir. Hamı istəyir irəli getsin. Amma o hitlər hələ yoxdur".
 
"Ramal İsrafilov və Elton Hüseynəliyevlə rəqabətə girsə, Elçin özünü lider görür" sualına sənətçi belə cavab verib:

"Hansı müğənnidən soruşsan, heç kimin qarşısında əzilməz. Sadaladığın müğənnilər gözəl ifa edirlər. Bəzən yaxşı mahnıları olur. Amma son zamanlar... Yaxşı ifalar çıxarmaq, inkişaf etmək lazımdır. Mədəniyyəti toy yox, toyu mədəniyyət səviyyəsinə qaldırmaq lazımdır. Düzdür, pulu toydan qazanırıq. Amma sənəti zirvədə saxlamaq lazımdır. Onda pul özü gələcək".